Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Ağdam kəndində qeydə alınıb.
Kənd sakini, 1997-ci il təvəllüdlü N.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, ailə münaqişəsi zəminində N.Məmmədovla atası, 1961-ci il təvəllüdlü Aydın Məmmədov arasında mübahisə yaranıb. Mübahisə zamanı ata oğluna bıçaqla xəsarət yetirib.
Hadisə zamanı Aydın Məmmədovun sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)