Eltəkin Ömərova yüksək vəzifə verildi

5 Oktyabr 2026 21:42

Eltəkin Ömərov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) Planlaşdırma, İcraya Nəzarət və İcmal şöbəsinin müdiri təyin olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, E.Ömərov bu təyinatadək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. O, uzun illər Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında layihə meneceri kimi fəaliyyət göstərib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)