Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvana aparıldı

5 Oktyabr 2026 20:25

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib.

Müvafiq dövlət qurumları isə Azərbaycan vətəndaşının hansı tibb mərkəzində saxlanıldığını və vəziyyətinin necə olduğunu açıqlamır.

Qeyd edək ki, oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərək Zəngəzurda saxlanılan Azərbaycan əsgəri barədə cinayət işi başladıb.

Xatırladaq ki, Azərbaycanlı hərbçi naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)