Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”

5 Oktyabr 2026 16:55

Türkiyə qadın voleybol millisinin aparıcı oyunçularından olan Zehra Güneş braziliyalı futbol ulduzu Neymarla bağlı maraqlı etiraf edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, voleybolçu təxminən bir il əvvəl sosial şəbəkədə paylaşdığı fotosuna Neymar tərəfindən mesaj yazıldığını bildirib. Güneşin sözlərinə görə, futbolçu ona fotosunun altından "Aman Allahım, sən çox gözəlsən... Sevgilin var?" məzmununda mesaj göndərib.

Mesajın Neymar tərəfindən yazıldığını öyrənən Zehra Güneş təəccübləndiyini deyib. O, futbolçuya sevgilisinin olmadığını bildirib. Neymar isə özünün də münasibətdə olmadığını və türk mətbəxini sevdiyini qeyd edib. O, Neymarın mesajlarında başqa məna və ya dolayı işarə olub-olmadığını düşündüyünü də etiraf edib:

"Mənim də sevgilim yoxdur, türk yeməklərini sevirəm. Daha sonra onun yalan danışdığını öyrəndim, çünki evlidir və bir qızı var. Düzünü desəm, sözlərinin başqa bir məna daşıdığını, yaxud dolayı yolla nəyəsə işarə etdiyini düşündüm. Ən böyük sürpriz mənə şəxsi telefon nömrəsini verməsi oldu. "Bu nömrəyə mesaj göndər, Türkiyəyə xüsusi bir səfərlə gələcəyəm".

Zehra Güneş açıqlamasında ən çox diqqət çəkən məqamın isə Neymarın ona şəxsi telefon nömrəsini verməsi olduğunu bildirib. Onun sözlərinə görə, futbolçu Türkiyəyə xüsusi səfər edəcəyini deyərək həmin nömrəyə mesaj yazmasını istəyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)