Azərbaycan Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat və yaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib.
"Muzeydə kino" layihəsi çərçivəsində təşkil olunanproqramın ilk hissəsində "Yüz ilin sirləri" adlı film nümayiş etdirilib.
Film Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti iləbağlı müxtəlif məqamların daha geniş kontekstdə nəzərdən keçirilməsinə, onun fikir dünyası və dövrünün ictimai-mədəni mühiti haqqında əlavə məlumat əldə edilməsinə imkanyaradıb.
Film nümayişindən sonra iştirakçılar "Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam" sərgisi ilə tanış olublar.
Ekskursiya zamanı Əli bəy Hüseynzadənin yalnızmütəfəkkir, publisist və ictimai fikir nümayəndəsi kimi deyil ,həm də rəssamlıq irsi geniş təqdim olunub. Sərgidə təqdimolunan əsərlər, arxiv fotoşəkilləri və digər materiallar onunyaradıcılığının müxtəlif istiqamətlərini bir arada görməyə vəhəmin dövrün ictimai-mədəni mənzərəsini daha yaxındananlamağa şərait yaradıb.
Film nümayişi və sərgi ekskursiyasının bir proqramda təqdimolunması iştirakçıların mövzuya müxtəlif mənbələr vətəqdimat formatları vasitəsilə yanaşmasına, Əli bəyHüseynzadənin Azərbaycan mədəniyyəti və ictimai fikrindəkirolunu daha dolğun şəkildə dərk etməsinə imkan yaradıb.
Xüsusi proqramla "Əli bəy Hüseynzadə: böyük mütəfəkkir vərəssam" sərgisinin nümayişi başa çatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az