Türkiyənin tanınmış vokal təlimçisi Doğan Cem azərbaycanlı musiqiçilərlə bağlı paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, Habil müəllim və tələbələrinin Əhməd Kayanın "Kafama sıkar giderim" mahnısını səsləndirdiyi videonu sosial şəbəkə hesabında yayımlayıb.
İfaçılarının performansından təsirlənən Doğan Cem paylaşımına Azərbaycana olan sevgisini ifadə edən şərh əlavə edib.
"Can Azərbaycan! Necə də istedadlısınız, hamınıza heyranam", - deyə vokal təlimçisi qeyd edib.
Onun paylaşımı azərbaycanlı ifaçıların izləyiciləri tərəfindən də maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)