Türkiyədə keçirilən toy mərasimlərindən birində maraqlı an yaşanıb.
Milli.Az xəbər verir ki, nikah zamanı çəkilən görüntülərdə gəlinə toy adətlərindən biri xatırladılıb. Ondan bəyin ayağına basması istənilsə də, gəlinin cavabı ətrafdakıların diqqətini çəkib.
O, bəyin ayağına basmaq əvəzinə belə deyib:
"Hamı ayağına bas deyir. Mən atamdan sonra arxamda dağ kimi duran kişinin ayağına basmaram, əlindən öpərəm".
Gəlinin bu sözləri məclisdə gülüş və alqışla qarşılanıb. Həmin anların görüntüləri sosial şəbəkələrdə paylaşılaraq maraq doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)