Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı

5 Oktyabr 2026 14:33

Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda çıxışı zamanı xəsarət alıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi tamaşaçılar qarşısında konsert proqramı ilə çıxış edib. İfa zamanı fasilə verən Merve səhnədən enərkən pilləkənlərdə müvazinətini itirərək yıxılıb.

Hadisədən dərhal sonra ona ərazidə ilkin tibbi yardım göstərilib. Daha sonra müğənni vəziyyətinə nəzarət etmək məqsədilə xəstəxanaya çatdırılıb.

İstanbula qayıtdıqdan sonra səhhəti barədə sosial şəbəkədə məlumat verən Merve Özbey ilkin olaraq qolundan xəsarət aldığı düşünülsə də, əsas problemin ayağında olduğunu açıqlayıb.

"Fasilə zamanı pilləkəndən yıxıldım. İndi İstanbula gəlib öz həkimimizə müraciət edirik. Qol olduğu deyildi, amma təəssüf ki, ayağımdadır. Əlimdən gəldiyi qədər tez aranıza qayıtmağa çalışacağam. Qarşıda konsertlərim var", - deyə müğənni bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)