Sentyabr ayında Rusiyanın Buryatiya Respublikasının 34 məktəbində müxtəlif müddətlərə distant təhsil tətbiq edilib.
Milli.Az xəbər verir ki, bu barədə TASS-a Buryatiyanın təhsil və elm naziri Valeri Pozdnyakov bildirib.
Həmin regionlarda ayıların yaşayış məntəqələrinə daxil olma hallarına çox rast gəlinir. Bununla əlaqədar sentyabr ayı ərzində 34 məktəb müəyyən müddətə bağlanıb, təxminən 8 min uşaq distant təhsilə keçib.
Qeyd edək ki, bu ilin sentyabrında Buryatiyada ayıların insanlara hücumu ilə bağlı bir neçə fakt qeydə alınıb. Nəticədə iki nəfər həlak olub. Ümumilikdə ilin əvvəlindən respublikada insanlar üçün təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib.
Milli.Az