Türkiyə millisinin və "Yuventus"un futbolçusu Kənan Yıldızın karyerasını İspaniyada davam etdirmək ehtimalı gündəmə gəlib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Real" 21 yaşlı futbolçunun transferi ilə maraqlanır. Madrid klubu 2025-ci ilin qış transfer dönəmində də Kənan Yıldızı heyətinə cəlb etmək istəyib.
Bildirilir ki, "Yuventus" 2026/2027 mövsümünün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Kənan Yıldızın komandadan ayrılması ehtimalı arta bilər. Təxminən 100 milyon avro dəyərində qiymətləndirilən vingerlə bağlı belə vəziyyətin transfer danışıqlarına təkan verə biləcəyi qeyd olunur.
Qeyd edək ki, Kənan Yıldızın "Yuventus"la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Hazırda zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan futbolçu ötən mövsüm 51 oyunda 14 qol vurub və 10 məhsuldar ötürmə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)