2026-cı ilin ilk doqquz ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 122 əməkdaşı barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.
Bu barədə Dövlət Xidmətinin korrupsiya ilə mübarizəyə dair açıqladığı statistik məlumatda bildirilib.
Qeyd olunub ki, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə əlaqədar barəsində tədbir görülən əməkdaşların 72-si rəhbər heyətə aiddir. İki əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb.
Həmçinin 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib.
Dövlət Xidməti vətəndaşları korrupsiya və digər qanunsuz hallarla qarşılaşdıqda 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron poçt ünvanına müraciət etməyə çağırıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)