"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib - (Foto)

5 Oktyabr 2026 11:35

"Formula 1" üzrə 10-cu Azərbaycan Qran-prisini izləmək üçün Bakıya 120-dən çox ölkədən azarkeş gəlib.

Bu barədə Milli.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bu il 17 mindən çox xarici azarkeş yarışı tribunalardan izləyib. Bu, "Formula 1"in Bakıda keçirildiyi müddətdə qeydə alınan ən yüksək göstəricidir.

Qran-pri üçün satışa çıxarılan bütün biletlər satılıb. Dörd gün ərzində ümumilikdə 92 minə yaxın ziyarət qeydə alınıb.

Xatırladaq ki, Azərbaycan Qran-prisinin qalibi "Mersedes" pilotu Corc Rassell olub.

 

Müəllif: Tural Hüseyn