2027-ci ildə pensiyaların nə qədər artacağı ilə bağlı cəmiyyət arasında suallar var. Qanunvericiliyə əsasən, əmək pensiyaları hər il əvvəlki ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşdirilir. Artımla bağlı yekun qərar isə Prezidentin müvafiq sərəncamı ilə rəsmiləşdirilir.
Bəs gələn il pensiyalar nə qədər arta bilər?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, 2026-cı ilin ilk yarısında muzdla işləyənlərin əməkhaqqı gəlirləri 7,2 faiz artıb.
O bildirib ki, göstərici ilin sonuna qədər ciddi dəyişməzsə, 2027-ci ildə pensiyaların təxminən 7 faiz artırılması mümkündür:
"Dəqiq rəqəm isə 2027-ci ilin fevralında, əvvəlki ilin yekun əməkhaqqı statistikası açıqlanandan sonra məlum olacaq".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)