Millətlər Liqasında günün oyunları başa çatdı

5 Oktyabr 2026 10:30

UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib.

Milli.Az xəbər verir ki, turun gün ərzində 8 qarşılaşması baş tutub.

A Liqasında Portuqaliya Norveçi, Niderland isə Serbiyanı 2:1 hesabı ilə məğlub edib. Yunanıstan-Almaniya matçında qalib müəyyənləşməyib və görüş 0:0 hesabı ilə başa çatıb. Uels-Danimarka qarşılaşmasında isə tərəflər 1:1 hesablı heç-heçə edib.

B Liqasında Kosovo-Avstriya və İrlandiya-İsrail oyunları 1:1 hesabı ilə yekunlaşıb.

D Liqasında Azərbaycan Litvanı, Malta isə Andorranı 1:0 hesabı ilə məğlub edib.

UEFA Millətlər Liqası

IV tur

4 oktyabr

17:00. Azərbaycan - Litva 1:0

20:00. Kosovo - Avstriya 1:1

20:00. Malta - Andorra 1:0

22:45. Yunanıstan - Almaniya 0:0

22:45. Niderland - Serbiya 2:1

22:45. Portuqaliya - Norveç 2:1

22:45. Uels - Danimarka 1:1

22:45. İrlandiya - İsrail 1:1

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)