İtlər hansı yaşda qocalmağa başlayır?

12 Oktyabr 2026 01:01

İtlərin yaşlanma prosesi onların cinsindən, ölçüsündən və genetik xüsusiyyətlərindən asılı olaraq fərqlənir.

Milli.Az xəbər verir ki, xüsusilə iri cins itlər kiçik cinslərlə müqayisədə daha erkən qocalma mərhələsinə daxil olurlar.

Kiçik ölçülü itlər adətən daha uzunömürlü olur və təxminən 7-8 yaşdan etibarən yaşlı hesab edilə bilər. Orta ölçülü itlərdə bu mərhələ əsasən 7 yaş ətrafında başlayır. Böyük və nəhəng cinslərdə isə yaşlanma əlamətləri daha erkən - təxminən 5-6 yaşdan etibarən özünü göstərə bilər.

Yaş artdıqca itlərdə hərəkətliliyin azalması, daha çox yatmaq, görmə və eşitmənin zəifləməsi, tüklərin ağarması və çəki dəyişiklikləri müşahidə oluna bilər.

Mütəxəssislər yaşlı itlərin sağlamlığının qorunması üçün mütəmadi baytar müayinələrinin, düzgün qidalanmanın və yaşına uyğun fiziki aktivliyin vacib olduğunu bildirirlər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)