Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)

5 Oktyabr 2026 09:45

Ötən günlərdə dəbdəbəli toy mərasimi ilə gündəmə gələn Pünhan Piriyev bu dəfə sosial şəbəkədəki açıqlaması ilə diqqət çəkib.

Milli.Az əbər verir ki, Pünhan Piriyev TikTok-da canlı yayım zamanı izləyicilərinin suallarını cavablandırıb. O, söhbət əsnasında Xalq Artisti, məşhur xanəndə Alim Qasımovla bağlı iddia səsləndirib.

Pünhan Piriyev bildirib ki, toy mərasimində Alim Qasımovun da iştirak edərək ifa etməsini istəyib. Onun sözlərinə görə, sənətçi toyda çıxış etməsi üçün 15 min manat qonorar tələb edib.

Pünhan Piriyevin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)