Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi

5 Oktyabr 2026 09:41

Gürcüstanın Qardabani bələdiyyəsində 35 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib.

Milli.Az xəbər verir ki, hadisə Nəzərli kəndində baş verib.

Məlumata görə, 35 yaşlı Araz Yusubov həmkəndlisi Ramin Məmmədov tərəfindən bıçaqlanaraq öldürülüb. İlkin məlumata əsasən, hadisədən əvvəl tərəflər arasında mübahisə yaranıb.

Araz Yusubov hadisə yerindən uzaqlaşsa da, aldığı bıçaq xəsarəti nəticəsində çoxlu qan itirərək həyatını itirib.

Hadisədən sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.  Polisin apardığı danışıqlardan sonra Ramin Məmmədov saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmanın davam etdiyini açıqlayıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)