Biləsuvar rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Milli.Az report-a istinadən xəbər verir ki, toy mərasimində Milan Soltanlı və İlkin Mehtiyev arasında mübahisə yaranıb.
Daha sonra mübahisə kənddə davam edib. Nəticədə Milan Soltanlı İlkin Mehtiyev tərəfindən bıçaqlanıb.
O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata görə, onlar xalaoğludurlar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
------------
Biləsuvar rayonunda qətl hadisəsi olub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Nərimankənd kəndində baş verib
Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Milan Loğman oğlu Soltanlı həmkəndlisi tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətlərdən ölüb.
Onun əməli törətməkdə şübhəli bilinən qohumu, 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)