Kələmin xırtıldayan toxumasını çuğundurun canlı rəngi və kökün yüngül şirinliyi ilə birləşdirən bu turşu klassik banka turşularından fərqli görünüşü ilə süfrəyə rəng qatır.
Milli.Az lazım olan məhsulları təqdim edir:
1 ədəd kiçik ölçülü ağ kələm
2 ədəd orta boy qırmızı çuğundur
3 ədəd orta boy kök
7-8 diş sarımsaq
Yarım dəstə cəfəri
1 stəkan üzüm və ya alma sirkəsi
Yarım limonun suyu
2 xörək kaşığı daş duzu
1 çay qaşığı toz şəkər
1 çay qaşığı dənəvər istiot
Bankanı dolduracaq qədər içməli su
Hazırlanma qaydası:
Kələmin geniş və sağlam xarici yarpaqlarını ehtiyatla ayırın. Qaynar suya bir neçə saniyə batırıb dərhal çıxarın (məqsəd bişirmək deyil, büküləcək qədər yumşaltmaqdır).
Kələmin iç hissəsindən təqribən 2 stəkan incə doğrayın. Kök və çuğunduru sürtgəcdən keçirib kələmlə qarışdırın. Üzərinə kıyılmış cəfəri, 2 diş əzilmiş sarımsaq, 1 xörək kaşığı duz və limon suyu əlavə edib bir neçə dəqiqə əlinizlə qovuşdurun və 10-15 dəqiqə gözlədin.
Yumşalmış kələm yarpaqlarının ortasına hazırladığınız tərəvəzli içlikdən qoyub dolma kimi sıx şəkildə bükün.
Təmiz bankanın dibinə bir qədər sarımsaq qoyun. Kələm dolmalarını boşluq qalmayacaq şəkildə bankaya düzün, aralara qalan sarımsaqları və dənəvər istiotu səpələyin.
Sirkəni, 1 xörək kaşığı duzu və şəkəri 1 stəkan ilıq suda əridib bankaya əlavə edin. Üzərini tamamilə soyudulmuş içməli su ilə doldurun (dolmaların suyun altında qalmasına diqqət edin). Bankanın qapağını möhkəm bağlayıb sərin, qaranlıq yerdə saxlayın. Bir neçə günə çuğundur rəngini verəcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)