Milli.Az bu günün qoroskopunu təqdim edir.
Qoç
Həyat yoldaşınızdan xoş xəbərlər ala bilərsiniz. Külli miqdarda pul xərclənməsi gözlənilir. Həyat bu gün sizi bəzi qəfil qərarlar qəbul etməyə məcbur edə bilər, lakin bu qərarlar çox ehtimal ki, xeyirinizə olacaq. Gərgin qrafikdən fasilə götürmək üçün əla vaxtdır. Sağlamlıq və maddi vəziyyətiniz ürəkaçan olacaq.
Uğurlu rənginiz: Krem rəngi
Uğurlu rəqəminiz: 2
Buğa
Ətrafınızdakı insanlar bu gün sizi əsəbiləşdirə bilər. Maliyyə baxımından bir qohumdan dəstək alacağınız və vəziyyətinizi müvəqqəti olaraq yaxşılaşdıracağınız gözlənilir. Sözlərinizə diqqət edin. Sağlamlıq baxımından bəzi problemlər yarana bilər, ona görə də diqqətli olun.
Uğurlu rənginiz: Qəhvəyi
Uğurlu rəqəminiz: 32
Əkizlər
Maliyyə baxımından böyüməyinizə kömək edəcək yeni bir layihəyə başlaya bilərsiniz. İstedadlı işçilər əlavə iş yükü ilə üzləşə bilər və buna görə də gün onlar üçün gərgin keçəcək. Bu gün başqalarına sözlə zərər verməkdən çəkinin. Yaxşı əməlləriniz müsbət nəticələr verəcək. Sağlamlığınız xeyli yaxşı olacaq, maliyyə baxımından isə bəzi planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər.
Uğurlu rənginiz: Qara
Uğurlu rəqəminiz: 18
Xərçəng
Ayrılıq yaşayanlar həyatlarında bir qədər rahatlıq və hüzur tapa bilərlər. Rəhbərinizdən yaxş xəbərlər gözləyə bilərsiniz. Bəziləriniz üçün vəzifə yüksəlişi gözlənilir. İş yükü ilə özünüzü həddindən artıq yormayın və rahat nəfəs alın. Maliyyə baxımından vəziyyətiniz yaxın gələcəkdə yaxşılaşacaq.
Uğurlu rənginiz: Çəhrayı
Uğurlu rəqəminiz: 49
Şir
Özünüzü ətrafınızdakı yeni insanlarla ünsiyyət qurmaq və əlaqələr yaratmaqla məşğul görəcəksiniz. Peşəkar həyatınızda bəzi dəyişikliklər gözlənilir. Ya işinizi dəyişəcəksiniz, ya da daha yüksək vəzifəyə təyin olunacaqsınız. Sağlamlıq problemi bu gün sizin üçün narahatlıq yarada bilər, buna görə də diqqətli olun.
Uğurlu rənginiz: Xardal rəngi
Uğurlu rəqəminiz: 35
Qız
Şans qarşınıza çıxır və onu dəyərləndirmək üçün əla vaxtdır. Öhdəliklərinizi yerinə yetirməkdə vaxtınız çatmaya bilər və sizdən uzun saatlar işləməyiniz tələb oluna bilər. Ona görə də əlavə işləməyə həm psixoloji, həm də fiziki cəhətdən hazır olun. Sağlamlıq şəraitinizin xeyrinizə dəyişməsi gözlənilir. Maliyyə baxımından qarşıda parlaq perspektivlər görünür.
Uğurlu rənginiz: Tünd göy (navy blue)
Uğurlu rəqəminiz: 1
Tərəzi
Bu gün qurumlarda işləyənlər üçün gərgin gün olacaq. Son dəqiqə tapşırıqları yarana bilər və onları tamamlamaq üçün əlavə səy göstərməyiniz tələb olunacaq. İnstinktlərinizə etibar etmək üçün əla gündür. Çətin hesab etdiyiniz fəaliyyətlərlə məşğul olun. Sağlamlıq və maliyyə şəraitinin gücləndiyi müşahidə olunur.
Uğurlu rənginiz: Sarı
Uğurlu rəqəminiz: 25
Əqrəb
Karma bu gün öz rolunu oynayacaq. Yaxşı əməlləriniz sizi hər hansı qeyri-etik addım atmaqdan qoruyacaq. Karyerayönümlü qərarlar qəbul etməyin əsl vaxtıdır, əks halda gələcəkdə bir çox imkanları əldən verə bilərsiniz. Danışığınıza nəzarət edin və təhqiramiz sözlərdən çəkinin. Yeni layihədən gələn pul axını maliyyə vəziyyətinizi yaxşılaşdıra bilər. Sağlamlıq vəziyyətiniz də yaxşılaşacaq.
Uğurlu rənginiz: Yaşıl
Uğurlu rəqəminiz: 3
Oxatan
İntuisiyanıza şübhə etmədən etibar edə biləcəyiniz bir gündür. Əgər onlar hər hansı təhlükədən xəbər verirsə, mütləq nəzərə alın. Həm sizin, həm də partnyorunuzun istəyi ilə həyatınızda romantikaya yer açmaq istəyəcəksiniz. Axı sevgi sevgini doğurur. Sarı rəngli paltar geyinin, bütün gün həvəsli və şən olun.
Uğurlu rənginiz: Ağ
Uğurlu rəqəminiz: 8
Oğlaq
Peşəkar sahədə yeni bir layihəyə başlaya bilərsiniz, lakin bu, riskə getməkdən başqa bir şey olmayacaq. Öz imkanlarınızı sınamaq və bacarıqlarınızla özünüzü təəccübləndirmək üçün yaxşı gündür. Uşaqlar əzizlənməkdən xoşbəxt olacaq və ailələri ilə əla vaxt keçirəcəklər.
Uğurlu rənginiz: Şaftalı rəngi
Uğurlu rəqəminiz: 10
Dolça
Ailə daxilində gərginlik yarana bilər, ona görə də evdə sakit ab-hava saxlamağa çalışın. Gələcəkdə hər hansı problemin yaranmaması üçün mütləq müntəzəm tibbi müayinələrdən keçin. Sevgi həyatına gəldikdə, partnyorunuza qarşı yeni bir Jest nümayiş etdirəcəksiniz ki, bu da onun sizə daha çox bağlanmasını təmin edəcək.
Uğurlu rənginiz: Qırmızı
Uğurlu rəqəminiz: 6
Balıqlar
Bəziləriniz bu gün məyus ola bilərsiniz. İnsanlar sizi nə qədər yaxşı tanısalar, əsəblərinə hakim olmaqda bir o qədər sərbəst olacaqlar. Əlbəttə ki, qıcıqlanmadan yerində dura bilməyən tərəfin sizin olma ehtimalı da yüksəkdir. Belə olan halda, xırda diqqət yayındıran məqamlara deyil, həqiqətən nəyin səhv olduğuna görə əsəbiləşdiyinizdən əmin olun.
Uğurlu rənginiz: Mavi
Uğurlu rəqəminiz: 2
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)