Türkiyənin məşhur kişi aktyorlarının qazancı və sərvəti hər zaman böyük maraq doğurur. Onların illər ərzində serial və filmlərdən əldə etdikləri gəlirlər, reklam müqavilələri və biznes fəaliyyətləri ümumi sərvətlərinin formalaşmasında mühüm rol oynayır.
Milli.Az Türkiyənin ən varlı kişi aktyorları ilə bağlı yayılan məlumatları təqdim edir.
"top10explorerr"in hazırladığı siyahıda ilk pillədə Kıvanç Tatlıtuğ qərarlaşıb. Onun sərvətinin təxminən 15 milyon dollar olduğu iddia edilib.
İkinci yerdə Kenan İmirzalıoğlu yer alıb. Məşhur aktyorun sərvəti 12 milyon dollar olaraq göstərilib.
Burak Özçivit və Can Yaman isə hərəyə 10 milyon dollar sərvətlə siyahının növbəti pillələrini bölüşüb.
Çağatay Ulusoyun sərvətinin 7 milyon dollar, Halit Ergençin isə 6 milyon dollar olduğu bildirilib.
Siyahıda Engin Akyürek, Barış Arduç və Murat Yıldırımın hər birinin sərvəti 5 milyon dollar göstərilib.
Kerem Bürsin isə təxminən 4 milyon dollar sərvətlə siyahıda yer alıb.
Türkiyənin ən varlı kişi aktyorları:
Kıvanç Tatlıtuğ - 15 milyon dollar
Kenan İmirzalıoğlu - 12 milyon dollar
Burak Özçivit - 10 milyon dollar
Can Yaman - 10 milyon dollar
Çağatay Ulusoy - 7 milyon dollar
Halit Ergenç - 6 milyon dollar
Engin Akyürek - 5 milyon dollar
Barış Arduç - 5 milyon dollar
Murat Yıldırım - 5 milyon dollar
Kerem Bürsin - 4 milyon dollar
Qeyd edək ki, aktyorların sərvəti ilə bağlı bu rəqəmlər müxtəlif media mənbələrində yayılan təxminlərə əsaslanır və onların rəsmi maliyyə hesabatları deyil. (axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)