Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda itin hündürmərtəbəli binadan yerə atılması əks olunub.
Əldə etdiyimiz məlumata görə, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəxs müəyyən edilib və barəsində müvafiq məsuliyyət tədbirləri görülüb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)