UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında hesab açılıb.
Milli.Az xəbər verir ki, Azərbaycan millisinin heyətində Abdulla Xaybulayev fərqlənib - 1:0.
_________
UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Litva matçına start verilib.
Milli.Az xəbər verir ki, D liqasının 2-ci qrupunun oyunu 8-ci km stadionunda keçirilir.
Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.
______________
Azərbaycan və Litva milli komandalarının UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunda start heyətləri açıqlanıb.
Milli.Az xəbər verir ki, komandalar matça aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
Azərbaycan: Emil Balayev, Rəhman Daşdəmirov, Rüfət Abbasov, Rahil Məmmədov, Bədavi Hüseynov, Tellur Mütəllimov, Abdulla Xaybulayev, Aleksey İsayev, Toral Bayramov, Oruc Məmmədov, Mahir Emreli.
Baş məşqçi: Ayxan Abbasov.
Litva: Tomas Şvedkauskas, Edqaras Utkus, Modestas Vorobyovas, Artur Doljnikov, Armandas Kuçis, Yustas Lasikas, Vikintas Slivka, Qvidas Gineitis, Vilius Armalas, Rokas Lekiatas, Adrian Lickunas.
Baş məşqçi: Edqaras Yankauskas.