İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi

4 Oktyabr 2026 14:02

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Milli.Az xəbər verir ki, iki Azərbaycan idmançısı 1/8 finala yüksəlib.

Əhməd Yusifov 60 kq çəki dərəcəsində 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib.

Eyni çəki dərəcəsində Balabəy Ağayev isə Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, turnir oktyabrın 11-nə qədər davam edəcək. Azərbaycanı 13 çəki dərəcəsində 24 cüdoçu - 17 kişi və 7 qadın təmsil edəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)