ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı

4 Oktyabr 2026 09:40

ABŞ-nin Sahil Mühafizəsi Massaçusets ştatının Nantaket adası yaxınlığında yoxa çıxan təyyarənin qalıqlarını aşkarlayıb. Təyyarədə altı nəfər olub.

Milli.Az ABŞ Sahil Mühafizəsinə istinadən xəbər verir ki, axtarış qrupları qəza yerini müəyyənləşdirib və tapılan qalıqların itkin düşmüş təyyarəyə məxsus olduğunu təsdiqləyib.

Təyyarədəki altı nəfərin axtarışı davam edir.

Bermud adalarından Bostona gedən "Gulfstream G100" aviasiya sanitar təyyarəsi ilə əlaqə oktyabrın 3-də səhər tezdən kəsilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)