"Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri "Fənərbağça" komandasının baş məşqçisi İsmail Kartal "Turan Tovuz"la yoldaşlıq görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əsas olan hər iki komanda arasında əlaqələrin möhkəmlənməsidir:
"Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir. Qardaşlıq əlaqələrimizi daha da gücləndirmək üçün "Turan Tovuz" klubu bizi Azərbaycana dəvət etdi. Dəvəti məmnuniyyətlə qəbul edərək buraya gəldik. Mükəmməl ab-hava var idi. Hamıya təşəkkür edirəm".
Qeyd edək ki, qarşılaşma Türkiyə təmsilçisinin 0:2 hesablı qələbəsi ilə başa çatıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)