Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub.
Milli.Az xəbər verir ki, 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib.
"Bu barədə sizə sonra danışacağam, amma mən artıq böyük əməliyyata razılıq vermişəm. Hətta artıq əməliyyat olunmuşam. 6 saat davam etdi və mən həqiqətən də özümü yenidən doğulmuş kimi hiss edirəm. Çox xoşbəxtəm! Sağaldıqdan sonra hamınızın yanına qayıdacağam. Bir az fasiləyə ehtiyacım var" deyə, fenomen yazıb.
Qeyd edək ki, Danla Bilic bədənindəki dolğuları çıxartdırmaq üçün indiyədək 5 dəfə əməliyyat olunub. O, daha əvvəl estetik əməliyyatlarına 300 min dollar xərclədiyini açıqlamışdı.
Bloger bir müddət əvvəl ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq əməliyyata alınmışdı.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)