Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)

3 Oktyabr 2026 23:04

Tovuzda yanğın hadisəsi baş verib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddət ərzində söndürülüb. Yanğın nəticəsində evdə olan 1981-ci il təvəllüdlü Nüşabə Hüseynova ağır yanıq xəsarətləri alıb. Qadın FHN əməkdaşları tərəfindən evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. 45 yaşlı qadın xəstəxanaya yerləşdirilib və həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Elyar Hüseynli saxlanılıb.

Qonşular isə hadisənin müəmmalı olduğunu bildirirlər.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)