Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə

4 Oktyabr 2026 03:03

Ən böyük zərbəni düşmənlərimizdən deyil, yaxşı niyyətli görünərək həyatımızı sümürən insanlardan alırıq. Mütəxəssislər eqosentrik insanların qarşı tərəfdə günahkarlıq və dəyərsizlik hisssi yaradan ifadələr tez-tez işlətdiyini bildirirlər.

Milli.Az manipulyasiya edilib-edilmədiyinizi anlamaq üçün həmin 9 cümləni diqqətinizə çatdırır:

"İndi mən nə etməliyəm?"

Problemin məsuliyyətini daşımaq və ya həll yolu axtarmaq əvəzinə, ətrafdakıların dərhal onlara kömək etməsini gözləyirlər.

"Bunu mənə zərər vermək üçün edirsən."

Qarşı tərəfin öz ehtiyaclarını və seçimlərini nəzərə almasını hər zaman şəxsi hücum kimi qəbul edirlər.

"Bunun mənim başıma gələcəyini bilirdim."

Başqasının yaşadığı çətinliyi və ya problemi ikinci plana ataraq diqqəti öz mağduriyyətlərinə yönəldirlər.

"Niyə mənə demədin?"

Qarşı tərəfin şəxsi sərhədlərinə hörmət etməyərək hər inkişafın məhz onunla paylaşılmalı olduğunu düşünürlər.

"Bu mənə bir zamanı xatırlatdı..."

Qarşı tərəf problemindən danışarkən söhbəti dərhal öz başına gələnlərə çevirərək diqqət mərkəzində olmağa çalışırlar.

"Dəvət üçün təşəkkürlər."

Bu cür ifadələri istehzalı tonla və qarşı tərəfi vicdan əzabı çəkdirmək, üzrlü sayılmaq üçün istifadə edirlər.

"Açığı, sənin üçün o qədər də önəmli deyiləm."

Açıq şəkildə inci̇diklərini demək əvəzinə, qarşı tərəfdə günahkarlıq hissi yaradaraq təsdiq və diqqət gözləyirlər.

"Mənə qəzəblisənmi?"

Qarşı tərəfin hər əhval dəyişikliyini özləri ilə əlaqələndirərək onu davamlı açıqlama verməyə məcbur edirlər.

"Səndən heç gözləməzdim."

Gözləntiləri qarşılanmadıqda açıq danışmaq əvəzinə, imalı sözlərlə qarşı tərəfi tənqid edirlər.

Unutmayın ki, bu ifadələrin hər biri tək başına bir insanın narsist olduğunu sübut etmir; lakin davranış müntəzəm olaraq təkrarlanırsa və qarşı tərəfin duyğularına hörmət edilmirsə, bu, qeyri-sağlam münasibətin göstəricisidir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)