Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

3 Oktyabr 2026 18:45

Paytaxtın Səbail və Yasamal rayonlarında qeydə alınan oğurluq faktları ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

DİN-in Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Səbail rayonunda yerləşən marketlərə müştəri qismində daxil olaraq ümumilikdə 1 400 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən A.İlyasov müəyyən olunaraq saxlanılıb.

Yasamal rayonunda isə avtomobilin qapısının açıq qalmasından istifadə edərək nəqliyyat vasitəsinin salonundan mobil telefon və pul kisəsi oğurlamaqda şübhəli bilinən Ş.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)