Rafinya Mbappeni geridə qoydu

3 Oktyabr 2026 18:10

"Barselona" futbol klubunun hücumçusu Rafinya sentyabr ayı üçün La Liqada ayın oyunçusu seçilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti öz rəsmi saytında məlumat verib.

Ötən ay Rafinya La Liqanın dörd oyununda iştirak edib, yeddi qol vurub və iki məhsuldar ötürmə edib. Hücumçu "Valensiya"nın qapısına qol vurub, "Rasinq" və "Sevilya" ilə matçlarda het-trik edib.

Səsvermədə Rafinya Kilian Mbappe ("Real Madrid"), Conatan Devid ("Atletiko Madrid"), Serxio Kamelyo ("Rayo Valyekano") və Fera Ninyonu ("Elçe") geridə qoyub.

Qeyd edək ki, braziliyalı futbolçu cari çempionatda həmçinin avqust ayı üçün də ən yaxşı seçilmişdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)