"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)

3 Oktyabr 2026 20:51

"Turan Tovuz" - "Fənərbaxça" oyunu matçın 34-cü dəqiqəsində yarımçıq dayanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, baş hakim Rəvan Həmzəzadə İstanbul klubunun futbolçusu Meysin Qrinvuda qırmızı vərəqə verib.

Nəticədə "Fənər"li oyunçular etiraz edərək meydandan çıxmağa cəhd göstərib. Mateo Gounduzi komandanı kənara çəkib. Daha sonra hadisəyə baş məşqçilər və klub rəsmiləri müdaxilə edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)