Yağışlı hava ilə əlaqədar Bakının bir sıra yollarında sürət həddi endirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospektindən Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə 20 km/saat azaldılıb.
NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib, bütün tablolarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)