Kaşpirovski 87 yaşında vəfat etdi

3 Oktyabr 2026 13:32

Məşhur ekstrasens və teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib. 

Milli.Az xəbər verir ki, aparıcı Andrey Malaxov bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. 

Paylaşımda qeyd olunur: "Anatoli Mixayloviç Kaşpirovski artıq aramızda deyil".

Qeyd edək ki, Anatoli Kaşpirovski 1980-ci illərin sonlarında televiziya vasitəsilə kütləvi psixoterapiya seansları keçirməsi ilə məşhurlaşıb. 2006-cı ildə Çelyabinskdə Kaşpirovski xalq təbabəti ilə qanunsuz məşğul olduğuna görə inzibati məsuliyyətə cəlb olunub.

Milli.Az