Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub

3 Oktyabr 2026 16:34

Dünya şöhrətli aktyor Silvestr Stallone "Rokki" filmlərinin çəkilişləri zamanı bulimiyadan (insanın nəzarətsiz, böyük miqdarda yemək yeməsi və bu prosesi saxlamaqda çətinlik çəkməsi) əziyyət çəkdiyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu barədə "The New York Times"a müsahibəsində danışıb. 

79 yaşlı aktyor 1980-ci illərdə "Rokki-3" zamanı bədənindəki yağ faizini 2,6 faizə qədər azaltdığını və steroidlərdən istifadə etdiyini bildirib.

Stallone həddindən artıq məşqlərin nəticəsində 9 dəfə belindən, 2 dəfə çiynindən və 3 dəfə boynundan əməliyyat olunub.

"Mən öz bədənimə işgəncə verirdim" deyə, aktyor etiraf edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)