Robotların sayı 5 milyonu keçdi

3 Oktyabr 2026 17:58

Dünyadakı fabriklərdə aktiv sənaye robotlarının sayı 2025-ci ildə 9 faiz artaraq 5 milyon 79 minə çatıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Robototexnika Federasiyasının məlumatında bildirilib.

Təkcə ötən il fabriklərdə 600 mindən çox yeni robot quraşdırılıb. Çin sənaye robotlarının quraşdırılmasında dünya lideri olaraq qalır.

Mütəxəssislərin məlumatına görə, robotlardan xüsusilə avtomobil, elektronika və metal emalı sənayesində geniş istifadə olunur.

Sənaye müəssisələri istehsalın sürətləndirilməsi, məhsuldarlığın artırılması və insan əməyinin ağır və təhlükəli sahələrdə azaldılması üçün robot texnologiyalarına daha çox üstünlük verir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)