Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin sözçüsü dəyişib.
Milli.Az xəbər verir ki, Ruhiyyə Balakişiyeva öz istəyilə vəzifəsindən ayrılıb.
Onun yerinə Elvin Dəmirli təyin olunub.
E.Dəmirli daha əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat katibi vəzifəsində işləyib və bu ilin mayında vəzifəsindən azad edilib.\\yurdmedia
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)