Bu gün "Turan Tovuz"la Türkiyənin "Fənərbağça" komandaları arasında yoldaşlıq oyunu keçirəcək.
Milli.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Matçı baş hakim Rəvan Həmzəzadə idarə edəcək. Görüşdən əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə olunacaq.
Xatırladaq ki, "Turan"la "Fənərbağça" ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)