Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

4 Oktyabr 2026 01:01

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib.

Milli.Az xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminən 1 il 5 ay daha uzun olması ilə əlaqələndirilib.

Tədqiqat zamanı oğlan övladlarının sayının isə ataların ömrünə oxşar təsir göstərmədiyi müşahidə olunub.

Alimlər bu nəticənin mümkün səbəbləri arasında qızların valideynləri ilə daha sıx emosional bağ qurmasını və onların yaşlılıq dövründə valideynlərinə daha çox sosial və praktiki dəstək göstərməsini qeyd edirlər.

Bununla belə, tədqiqatçılar övladın cinsi ilə valideynlərin sağlamlığı və uzunömürlülüyü arasındakı əlaqənin daha mürəkkəb ola biləcəyini bildirirlər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)