Bu ərazimizə qar yağdı: 10 santimetr

3 Oktyabr 2026 09:58

Qubanın Xınalıq kəndinə qar yağıb.

Milli.Az xəbər verir ki, kəndə axşam saatlarından qar yağmağa başlayıb.

Xınalıq kəndində qarın qalınlığı artıq 9-10 santimetrə çatıb.

Hazırda ərazidə yağmurlu və şaxtalı hava şəraiti hökm sürür, qarın yağması intensiv şəkildə davam edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)