UEFA Millətlər Liqasında 3-cü turun növbəti oyunları keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, günün mərkəzi qarşılaşmasında Sen-Denidəki "Stad de Frans" stadionunda Fransa və İtaliya yığmaları üz-üzə gəliblər. Matçın baş hakimi İspaniyadan olan Xesus Xil Mansano olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
55-ci dəqiqədə fransalı Maykl Olise cəribə zərbəsindən baxımlı qolla hesabı açıb. 68-ci dəqiqədə İtaliya millisinin müdafiəçisi Alessandro Bastoni hesabı bərabərləşdirib. 85-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Deotşankül Upamekano qırmızı vərəqə alıb.
Qrupun digər matçında Belçika millisi Kevin de Bröynenin dublu və Romelu Lukakunun qolu sayəsində Türkiyəni böyük hesabla məğlub edib - 3:0. Bu, Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyətidir və komanda sıfır xalla sonuncu pillədə yer alır.
Qrup mərhələsinin növbəti turunda Fransa oktyabrın 5-də Belçika ilə, İtaliya isə həmin gün Türkiyə ilə qarşılaşacaq.
B liqasında Robert Levandovskinin het-trik etdiyi matçda Polşa millisi Rumıniyanı darmadağın edib - 6:0. George Haci Rumıniya futbolu tarixində ilk üç oyununu ardıcıl məğlubiyyətlə başa vuran ilk baş məşqçi olub.
Qalibin müəyyənləşmədiyi Bosniya və Herseqovina - İsveç matçı isə Edin Ceko üçün milli forması ilə sonuncu matç olub. Qarşılaşmanın 63-cü dəqiqəsində əvəzlənərək meydanı tərk edən 40 yaşlı forvard milli karyerasına nöqtə qoyub və alqışlarla yola salınıb.
Ümumilikdə, Ceko Bosniya və Herseqovina milli komandasının heyətində 152 oyun keçirib, 73 qol vurub və 31 məhsuldar ötürmə edib. Hücumçu Bosniya və Herseqovina millisinin tarixində ən yaxşı bombardir və ən çox oyun keçirən futbolçudur.
Bu oyunda hesabı açan Viktor Dyokereş Millətlər Lıqasının ardıcıl 6 oyununda qol vuran ilk futbolçu kimi tarixə düşüb.
C Liqasında Torshavnda keçirilən Farer Adaları - Slovakiya matçı böyük maraq doğurub. Meydan sahibləri 66-cı dəqiqədə Adrian Yustinessenin qolu sayəsində məğlubiyyətsizlik seriyasını davam etdiriblər. Hər üçün oyunu heç-heçə tamamlayan Farer adaları 3 xalla qrupun üçüncü pilləsində qərarlaşıb və komanda növbəti turda oktyabrın 6-da Qazaxıstan səfərinə yollanacaq.
Günün nəticələri:
UEFA Millətlər Liqası. A Liqası. 3-cü tur
Fransa - İtaliya 1:1
55' Maykl Olise - 68' Alessandro Bastoni
Belçika - Türkiyə 3:0
10' Kevin de Bröyne, 60' Kevin de Bröyne, 76' Romelu Lukaku
UEFA Millətlər Liqası. B Liqası. 3-cü tur
Polşa - Rumıniya 6:0
24' (pen) Robert Levandovski, 47' Robert Levandovski, 49' (avtoqol) Vircil Gitse, 62' Pyotr Zelinski, 66' Yan Bednarek, 86' Robert Levandovski
Bosniya və Herseqovina - İsveç 1:1
80' Alaybeqoviç - 61'Viktor Dyokereş
Macarıstan - Gürcüstan 1:0
35' Miloş Kerkez
Ukrayna - Şimali İrlandiya 0:3
9' Kiron Braun, 22' Ayzek Prays, 61' Kiran Morrison
UEFA Millətlər Liqası. C Liqası. 3-cü tur
Qazaxıstan - Moldova 1:2
64' Nuralı Alip - 45+1' Niki Kleşçenko, 50' Petru Popesku
Kipr - Ermənistan 2:0
19' Leonidas Konomis, 31' Andronikos Kakulis
Latviya - Monteneqro 1:2
82' Markus Strod - 3' Vasilie Adjiç, 56' Vasilie Adjiç
Farer adaları - Slovakiya 1:1
66' Adrian Yustinessen - 38' (avtoqol) Qunnar Vatnhamar
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)