Bina iki ildən çoxdur ki , istifadəyə verilsə də təbii qazla təmin edilməyib.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Binəqədi şossesində yerləşən Binəqədi residensin sakinləri 2 ildir binadan ev aldıqlaırnı, təmir etdirib yaaşadıqlaırnı deyirlər. Lakin, binada qaz olmadığınndan əziyyət çəkirlər.
Sakinlərin sözlərinə görə qaz sayğacı üçün əlavə ödəniş də ediblər. Binada qaz olmadığından evlərini elektrik enerjisi ilə qızdırmağa məcbur qalıblar.
Binanın komendatı isə iddialarla razılaşmır.
Komendant onu da bildirdi ki, bir ay ərzində binaya təbii qazın verilməsi təmin olunacaq.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)