Məktəbdə şagirdlərdən biri, üzünə düşən kimyəvi məhluldan xəsarət alıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib.
Belə ki, sinifdə kimya dərsində keçirilən təcrübə prosesində kolba sürüşüb və içərisindəki məhlul partaya və şagirdin üzünə düşüb.
Gözünə məhlul düşən şagird , dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı 3 saylı orta məktəbdən hər hansı bir məlumat əldə edə bilmədik.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)