Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnzibati İdarəetmə departamentinin Satınalma və təchizat şöbəsinin müdiri Aysel Bayramova öz istəyi ilə vəzifəsindən azad olunub.
Milli.Az Yurd.media-ya istinadən xəbər verir ki, o, "Aqualink"də fəaliyyətə başlayıb.
Müvafiq əmrlə A.Bayramova "Aqualink" şirkətinin Satınalma, təchizat və tenderlər şöbəsinin müdiri təyin olunub.
Qeyd edək ki, A.Bayramova 2022-2024-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində baş məsləhətçi, 2024-2026-cı ildə TƏBİB-də şöbə müdiri vəzifəsində çalışıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)