"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir".
Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərinin yaxşı olduğunu bildirib:
"Hazırda gəlinimlə uzaqda olsaq da, qəlbimiz yaxındır, bir yerdəyik. Mənim sözümü dinləyir, nə deyirəmsə, hörmətlə yanaşır. Mən də, o da bilirik ki, nə hiss edirik. Çətin insan deyiləm. Çətin olub nə edəcəyəm? Qəlizlik, naz etmək mənə yaraşmır. Amma elə biriyəm ki, Allah bizi necə bağışlayırsa, mən də həmişə insanları bağışlamağa çalışıram. Əlbəttə, mənim də tünd xasiyyətli olduğum vaxtlar olur. Amma dəfələrlə bağışlayıram, sonra isə bir qərar verməli oluram". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)