ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

2 Oktyabr 2026 19:17

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) əməkdaşını Ağdərə rayonunda ilan vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Agentliyin əməkdaşı Göyüş Valeh oğlu Mirzəyevi gürzə sancıb.

Zərərçəkənin atası Valeh Mirzəyev saytımıza bildirib ki, sancmadan sonra oğlunun bədənində kəskin allergiya yaranıb və o, hazırda təcili tibbi yardım avtomobili ilə Bakıya gətirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)