ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev

2 Oktyabr 2026 18:20

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə cümə günü ADA Universitetinin rektoru Hafiz Paşayev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, universitet fəaliyyət göstərdiyi illər ərzində gənc liderlər və yüksək təhsilli mütəxəssillər nəsli yetişdirib.

"Bu illər ərzində gənc liderlərdən, yüksək təhsilli insanlardan ibarət nəsil yetişdirə bildiyimiz üçün qürur duyuruq. Məzunlarımızın Bakıda "Böyük Dördlük" şirkətləri və digər tanınmış şirkətlərdə çalışması mənə göstərir ki, universitet olaraq artıq müəyyən təsir göstərə bilmişik", - deyə H.Paşayev bildirib.

O, ADA Universitetinin məzunlarının yalnız dövlət strukturlarında çalışmadığını vurğulayıb:

"Tələbələrimiz adi insanlardır, onlar dövlət qulluqçuları deyil və məmurlarla əlaqələri yoxdur. Düşünürəm ki, tələbələrin, ən azından ADA Universitetinin məzunlarının təsiri Azərbaycanın transformasiyasında da böyük rol oynayır".

H.Paşayev həmçinin CAMCA-nın region ölkələrini bir araya gətirməsindəki rolunu qeyd edib.

"Düşünürəm ki, CAMCA ölkələri bir araya gətirdiyi üçün böyük iş görür. CAMCA şəbəkəsinə neçə tələbəmizin daxil olduğunu bilmirəm. Lakin tanıdığım şəxslər çox uğurlu insanlardır və işlərində yaxşı irəliləyirlər. Hesab edirəm ki, CAMCA bu regiona yardım göstərilməsi istiqamətində səylərini davam etdirməlidir", - deyə o, bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)