Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib

2 Oktyabr 2026 16:43

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Bu barədə Milli.Az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

"Sabah"ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.

Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 3-də Moldova, 6-da isə Yaponiya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)