Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan

2 Oktyabr 2026 16:10

1 noyabr 2026-cı ildən Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət cədvəli yenilənəcək.

Bu barədə Milli.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Əlavə səhər reysləri ilə gündəlik reys sayı 2-dən 4-ə çatdırılacaq.

Əlavə reyslərə biletlər bu gündən satışdadır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)