Bu ilin ilk doqquz ayı ərzində "Rosselxoznadzor" Permə qanunsuz yolla gətirilən 232,16 kq ət, qurut, yağ və pendiri müsadirə edib.
Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
Məlumata görə, Bolşoye Savino hava limanında Özbəkistan və Azərbaycanın 188 vətəndaşının yoxlanılması zamanı aşkarlanan heyvandarlıq məhsulları müsadirə edilərək yandırılıb:
"Məsələn, sentyabr ayında sərnişinlərdən birinin baqajına baxış zamanı şəxsi istifadə üçün nəzərdə tutulan, markalanmamış 1,22 kq qoyun ətindən hazırlanmış kabab aşkarlanıb".
Qeyd edək ki, belə məhsulların Rusiya ərazisinə gətirilməsi heyvanlar və insanlar üçün ümumi olan infeksiyaların yayılmasının qarşısını almaq məqsədilə qadağandır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)